VİDEO

Türkiyədə seçkinin nəticələri Azərbaycanla iqtisadi əməkdaşlığa necə təsir edəcək?

Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. Seçkidən sonrakı dövrdə Azərbaycan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın necə inkişaf edəcəyi ilə bağlı daha ətraflı videomuzda izləyə bilərsiniz.
Sputnik
Türkiyədə keçirilən semkilərdə prezidentliyə əsas namizədlər az fərqlə mübarizə aparır və ikinci turda onlar arasında gərgin rəqabətin olacağı ehtimal edilir.
Bunu Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Emin Məmmədzadə Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Əgər Rəcəb Tayyib Ərdoğan qalib gəlsə, o zaman son 20 ildə nəzərdə tutulan bütün planlar həyata keçirilməyə davam edəcək. Bu, Türkiyənin Azərbaycan, Rusiya, Çin və digər tərəfdaşlarla iqtisadi və siyasi əməkdaşlıq sahələrinə aiddir", - deyə Məmmədzadə qeyd edib.
Ekspertin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın dövlət proqramlarında Türkiyəni ÜDM-in göstəricilərinə, elmi-texniki nailiyyətlərin artmasına, eləcə də işsizlik səviyyəsinə görə dünyanın qabaqcıl on ölkəsindən birinə çevirə biləcək bir neçə məqsədi var.
Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, əgər Kamal Kılıçdaroğlu hakimiyyətə gəlsə, Türkiyənin və "ucuz pul" siyasəti yürüdən ölkənin Mərkəzi Bankının iqtisadi siyasətinə düzəlişlər edəcək.
"Lakin bu, Rusiya və Azərbaycanla imzalanan enerji sazişlərinin pozulacağı anlamına gəlmir. Kılıçdaroğlunun qərbyönlü bəyanatlarına baxmayaraq, Türkiyə Azərbaycana və öz milli maraqlarına zərər vurmayacaq", - deyə Məmmədzadə fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.