"Subyektiv fikrimcə, bu, kifayət qədər yumşaldılmış humanist addımdır. Çünki zamanla aparılan tədqiqatlar, sorğu və müşahidələr təhsildəki problemləri üzə çıxardı. Təhsilin yeganə problemi təkcə bürokratik əngəllər, sosial bərabərsizlik deyil. Təhsilin böyük problemlərindən biri də müəllimlərin keyfiyyəti ilə bağlıdır".
"İlk dəfə ötən il ölkəmizdə sertifikasiyaya start verildi və yalnız ibtidai sinif müəllimləri sertifikasiyadan keçdi. İbtidai sinif müəllimlərinin 98 faizi sertfiikasiyada iştirak edib, 78 faizi isə ilk mərhələdə uğur qazanıb. Yəni 10 945 müəllimin 8 min 547 nəfəri ilk mərhələni uğurla keçib. Digər müəllimlər isə təkmilləşdirmə kurslarına göndərilib. Nazir sertifikasiyanın nəticələrinə aid tədbirlərin birində qeyd edib ki, 2300 müəllimin özünü təkmilləşdirməsinə ehtiyac var. Deməli həmin müəllimərin bu illər ərzində yetişdirdikləri şagirdlərin də keyfiyyət göstəriciləri aşağıdır. Bu təkcə təhsilə yox, həm də cəmiyyətə vurulan zərbədir", - deyə o əlavə edib.
"Burada heç bir ədalət prinsip pozulmur. Kimsə ixtisasını bilmirsə, normal təhsil verə bilmirsə, şagirdlərə zərərli biliklər verirsə, onun qalıb işləməsinin heç bir mənası yoxdur. Hətta mən deyərdim ki, belə müəllimlərə bir dəfə də şans verilməsi məsələsi də ləğv olunmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində də təhsil bu prinsiplər üzərində qurulur. İstəmərik ki, övladlarımıza ixtisası üzrə müvafiq bilik və bacarıqlara sahib olmayan şəxs təhsil versin", - deyə o əlavə edib.
"Bu səbəbdən də təklif edirəm ki, məsələyə mahiyyəti üzrə baxmalıyıq və burada ilk olaraq uşaqların mənafeyi nəzərə alınmalıdır. Sertifikasiyanın mahiyyəti peşəkarlarla qeyri-peşəkarları müəyyən etmək və yola peşəkarla davam etməkdir", - deyə o əlavə edib.