BAKI, 18 may — Sputnik. KTMT Qırğızıstan və Tacikistan liderlərinin Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti həll etmək səylərini dəstəkləyir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib.
"Biz əlbəttə ki, bu səyləri alqışlayırıq və ümid edirik ki, bu problem aradan qaldırılacaq", - deyə o bildirib.
KTMT-nin baş katibi hesab edir ki, təşkilata üzv dövlətlər yeni çağırışlar və təhdidlər qarşısında əməkdaşlığı gücləndirməkdə maraqlıdırlar.
"Təbii ki, parçalanmamaq üçün kifayət qədər gücümüz var. Əsas odur", - o deyib.
Tasmaqambetov deyib ki, bütövlükdə Şərqi Avropada təhlükəsizlik vəziyyəti Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın nəticələri və sonrakı sülh sazişləri ilə müəyyən ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.