DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Minsk Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər - Belarus XİN

Avropa Şurası və Qərb Belarus dövlətinə qarşı destruktiv xətti davam etdirsə, Belarus Respublikası bu struktura qoşulmaq üçün müraciətini geri götürəcək.
Sputnik
BAKI, 18 may — Sputnik. Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər. Bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz mayın 16-17-də Avropa Şurasının Reykyavikdə keçirilmiş son sammitini şərh edərkən bildirib.

"Avropa Şurası və Qərb Belarus dövlətinə qarşı destruktiv xətti davam etdirsə, Belarus Respublikası bu struktura qoşulmaq üçün müraciətini geri götürəcək və Avropa Şurası ilə münasibətlərin qalan formatlarını nəzərdən keçirməyə davam edəcək", - deyə Qlaz bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Belarusa qarşı ayrı-seçkilik və hüquqların pozulması kursunu seçərək, Belarus əhalisinə qarşı yeni sanksiyalara və terror aktlarına çağıran ekstremistlərlə əlaqələri inkişaf etdirməklə əvvəlki illərin nailiyyətlərini məhv etmək üçün hər şeyi edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.