BAKI, 18 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda rəqibi Kamal Kılıçdaroğlu arasında "taktiki döyüş" başlayıb, siyasətçilər son on gündə çətin bir inandırma prosesi ilə qarşı-qarşıya olacaqlar. Bu barədə "Hürriyet" qəzeti yazıb.
Mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib. Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) məlumatına görə, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan səslərin 49,51 faizini, onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, Ata Alyansının namizədi Sinan Oğan isə 5,7 faiz səs toplayıb. Namizədlərdən heç biri 50%-lik həddi keçə bilmədiyi üçün Türkiyə Yüksək Seçki Komissiyası prezident seçkilərinin ikinci turunu elan edib. İkin tur Ərdoğan və Kılıçdaroğlunun iştirakı ilə mayın 28-də baş tutacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
© AP Photo / Francisco Seco
"Hər iki lider ilk çıxışlarını gənclər qarşısında edib. Qarşıdakı 10 gündə Səs verməyən 9,5 milyon nəfəri inandırma prosesi başlayır", - qəzet yazır.
Aydın olur ki, nə Ərdoğan, nə də Kılıçdaroğlu vaxt məhdudluğu səbəbindən birinci turdakı kimi böyük mitinqlər təşkil etməyi planlaşdırmır.
"Siyasətçilərin kampaniyalarını əsasən strateji yerlərə, xüsusilə də zəlzələ bölgəsinə səfər edərək, seçicilərə təsirli mesajlar verməklə aparacaqları gözlənilir", - "Hürriyet" yazır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.