SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Rusiyaya gedib

Səfər çərçivəsində mayın 19-da Azərbaycanla Ermənistan arasında "sülh sazişi" layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Sputnik
BAKI, 18 may — Sputnik. Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində mayın 19-da Azərbaycanla Ermənistan arasında "sülh sazişi" layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat MirzoyanCeyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Bundan sonra mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.