BAKI, 18 may — Sputnik. Moskva Çexiyanın SSRİ-də torpaq və daşınmaz əmlakdan pulsuz istifadəyə verilməsi qərarını ləğv etməsinə müvafiq cavab verəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl Çexiyanın baş naziri Petr Fiala ölkə hökumətinin 1970-ci illərdə SSRİ-nin torpaq və daşınmaz əmlakdan pulsuz istifadə ilə bağlı qərarlarını ləğv etdiyini təsdiqləyib və qeyd edib ki, bundan sonra Praqa Rusiyadan torpaqların icarə haqqını tələb edəcək.
"Qərbin bu vəhşi siyasətindən qəzəblənən hər kəsin bu cavab tədbirlərinin dərhal, 5 dəqiqə ərzində görülməsi istəyini çox yaxşı başa düşürəm, lakin təəssüf ki, bu belə olmir, onların idarələrarası formatda işlənib hazırlanması lazımdır. Amma hər belə hərəkətə biz müvafiq cavab veririk", - Zaxarova əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.