PAYTAXT XƏBƏRLƏRİ

Bakı küçələrindən birinə şəhid Səbuhi Əhmədovun adı verilib

Xətai rayonu ərazisində 3 küçəyə Vətən müharibəsi şəhidləri Rəcəb Məmmədov, Kəmaləddin Məmmədzadə və Səbuhi Əhmədovun adı verilib.
Sputnik
BAKI, 18 may — Sputnik. Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.
Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.
Məlumata görə, "Abidə" küçəsinin adı dəyişdirilərək "Səbuhi Əhmədov" adlandırılıb.
Xətai rayonu ərazisində 3 küçəyə Vətən müharibəsi şəhidləri Rəcəb Məmmədov, Kəmaləddin Məmmədzadə və Səbuhi Əhmədovun adı verilib.
Ümumilikdə rayon ərazisində 17 küçənin adı dəyişdirilib.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.