BAKI, 18 may - Sputnik. Azərbaycan halal məhsulların sertifikatlaşdırılması və standartlaşdırılması məsələsində Rusiya və İslam dünyası ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.
“Halal”ın standartlaşdırılması və sertifikatlaşdırılması üzrə bütün səviyyələrdə, o cümlədən dövlət səviyyəsində iş sistemli və mütəşəkkildir”, - Bayramov cümə axşamı KazanForum çərçivəsində keçirilən "Halal məhsulların standartlaşdırılması və sertifikatlaşdırılması üzrə beynəlxalq təcrübə" adlı plenar iclasda deyib.
Onun sözlərinə görə, ötən il Azərbaycanda halal məhsulların sertifikatlaşdırılması üzrə səkkiz milli standart təsdiq edilib, bu il daha iki standartın hazırlanması planlaşdırılır.
Xatırladaq ki, cümə axşamı, mayın 18-də Kazan Expo sərgi mərkəzində iki gün ərzində davam edən “Rusiya-İslam Dünyası: KazanForum” XIV Beynəlxalq İqtisadi Forumu işə başlayıb.
(“Tatar-inform”un məlumatı əsasında)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.