Mətbuat mərkəzi

Türkiyədə seçkilərin nəticələri və Ankara ilə Bakı arasında iqtisadi əlaqələrin gələcəyi

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Emin Məmmədzadə olacaq.
Sputnik
BAKI, 17 may — Sputnik. Türkiyədə mayın 14-də prezident seçkilərinin birinci turu, eləcə də icmalçıların hesab etdiyi ölkə üçün həlledici əhəmiyyət kəsb edən parlament seçkiləri keçirilib ki, bu da əhalinin hazırkı istiqamətdə inamının nə qədər böyük olduğunu yoxlamağa imkan verir.
Azərbaycan üçün onlar Ankara ilə Bakının, xüsusən də iqtisadi sahədə daha da yaxınlaşması istiqamətinin nə dərəcədə davamlı olacağı baxımından maraqlıdır. Belə ki, 2022-ci ilin yekunlarına görə, 2022-ci ildə Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 5 milyard 842 milyon dollar təşkil edib. Türkiyə də Azərbaycanın qeyri-neft məhsullarının əsas idxalçı ölkələri arasında da ikinci yerdədir.
Seçkidən sonrakı dövrdə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın necə inkişaf edəcəyi barədə mayın 18-də saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Emin Məmmədzadə məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.