BAKI, 17 may — Sputnik. Çərşənbə axşamı, mayın 16-da "Rossiya Seqodnya" media qrupunun Beynəlxalq Multimedia Mətbuat Mərkəzində "Rus yayının poeziyası" toplusunun təqdimatı keçirilib.
"Bu topludakı şeirlər Krımda, Donbassda, Ukraynada baş verən hadisələri müşayiət edib. Onlar ağrı, ümid, zəiflik və gücü bərabər şəkildə çatdırırlar", - deyə "RT" kanalının baş redaktor müavini Anna Belkina bildirib.
"RT" kanalının baş redaktor müavini Anna Belkina
© Sputnik
O, jurnalistlərin müharibə haqqında yazan şairlərin əsərlərindən çoxdan xəbərdar olduğunu, lakin ümumilikdə ölkədə onların əsərlərini oxuyanların az olduğunu izah edib. Bu səbəbdən də onların yaradıcılığını geniş ictimaiyyətə çatdırmaq ideyası yaranıb.
"Ümid edirik ki, bu şeirlər toplusu bir vaxtlar hamımızın əzbər bildiyimiz Böyük Vətən Müharibəsi haqqında şeir və mahnılarla olduğu kimi, dövrümüzün rus mədəni irsinin bir hissəsinə çevriləcək", - deyə Belkina qeyd edib.
Kitabı artıq Moskva, Sankt-Peterburq, Kazan, Rostov-na-Donu, Samara, Novosibirsk, Yekaterinburq, Almatı şəhərlərinin böyük kitab mağazalarında əldə etmək olar və onun bundan sonra da Rusiyanın bütün ərazisində yayılması nəzərdə tutulub. Onu "Çitay qorod", "Bukvoyed", "Labirint", "Molodaya qvardiya", "Moskovskiy dom kniqi", "Torqovıy dom Moskva", "Amital" və s. kitab şəbəkələrində, eləcə də "OZON", "Wildberries", "Labirint" və "Yandex" onlayn platformalarında da əldə etmək olar.
Bundan əlavə, mayın 16-dan başlayaraq bir ay ərzində arzu edən hər kəs "Litres" platformasında kolleksiyanı pulsuz yükləyə biləcək.
"Yeni cəbhə poeziyasının oxucu tərəfindən necə qəbul olunacağını görmək bizim üçün çox maraqlıdır. Ümid edirik ki, biz bu tələbi birlikdə yaradacaq və möhkəmləndirəcəyik ", - deyə "Eksmo-AST" nəşriyyat qrupunun Strateji kommunikasiya departamentinin direktoru Yekaterina Kocanova fikrini bölüşüb.
"Eksmo-AST" nəşriyyat qrupunun Strateji kommunikasiya departamentinin direktoru Yekaterina Kocanova
© Sputnik / Vladimir_Trefilov
Kojanovanın sözlərinə görə, kolleksiyanın mayın 18-də XVIII Sankt-Peterburq Beynəlxalq Kitab Sərgisində, iyunun 3-də "Qırmızı Meydan" Kitab Festivalında, həmçinin ənənəvi olaraq avqustun sonunda Moskvada keçirilən Moskva Beynəlxalq Kitab Sərgisində təqdim edilməsi planlaşdırılır. Kitab mağazalarında kitabın təqdimatları da olacaq.
Kitabın satışından əldə olunan gəlirin bir hissəsi "RT"nin üç ilə yaxındır ki, həyata keçirdiyi "Müharibə uşaqları" layihəsinə gedəcək. Onun çərçivəsində xəsarət almış uşaqlara müalicə və reabilitasiyada köməklik göstərilir.
Şeirlər toplusunun müəlliflərindən biri olan Dmitri Artis kitabın üz qabığında arxası çevrilmiş şəkildə təsvir edilən rus əsgərinin reallıqda prototipə malik olduğuna diqqət çəkib.
"Şeirlərimiz qalsın, o yox": "Rus yayının poeziyası" toplusu təqdim olunub
© Sputnik
"Şəkildəki prezidentin fərmanı ilə Rusiya Qəhrəmanı adına layiq görülən insandır. Yəni bu, real, canlı insandır. Bu, uşaqların müdafiəsinə qalxan, çəmənliklərdə çiçəklər bitsin, kitablarımız olsun deyə bizi qoruyan oğlandır" – deyə o, qeyd edib.
Artisin fikrincə, biz xəyanət estetikası və bu estetikanın müəyyən bir kult çərçivəsində yüksəldiyi çox uzun bir zaman kəsiyində yaşadıq.
"Və birdən oxucumuz dedi: "Bəsdir! Biz daha dözə bilmərik! Bizim nəciblik, saflıq, işıq və qoruma ideyalarını daşıyan normal rus sözünün idealına ehtiyacımız var!" – deyə o bildirib.
Şair Mariya Vatutina
© Sputnik
Şair Mariya Vatutina toplunu ədəbi tarixi hadisə adlandırıb.
"Hərbi hissələrdə, xəstəxanalarda insanlarla, döyüş bölgələrindən geri dönən döyüşçülərlə görüşürük. Ona görə də biz həqiqəti bilirik. Hamımız istərdik ki, XHƏ dövründən onlar deyi, şeirlərimiz qalsın", - deyə o sözünü tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.