RUSİYA

Rusiya XİN “Taxıl sazişi”nin 2 ay müddətinə uzadılmasını təsdiqləyib

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Sputnik
BAKI, 17 may - Sputnik. Rusiya “Taxıl sazişi”nin 2 ay müddətinə uzadılması ilə bağlı məlumatı təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sazişin uzadılması ilə sözdə deyil, əməldə qlobal ərzaq təhlükəsizliyinin təminatına kömək şansı təqdim edilib.