SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: "Bakı ilə Qarabağ erməniləri arasında dialoqun başlanması mühüm məsələdir"

Azərbaycanla münasibətlərin normallaşmasına toxunan Ermənistanın baş naziri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin son bəyanatını xatırladıb.
Sputnik
BAKI, 17 may — Sputnik. Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək məqsədilə Bakı ilə dialoqun başlanması mühüm məsələdir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə (İslandiya) keçirilən sammitində çıxışı zamanı deyib.
Paşinyan bu məsələdə beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyini vurğulayıb.
Azərbaycanla münasibətlərin normallaşmasına toxunan Ermənistanın baş naziri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin son bəyanatını xatırladıb. Hökumət başçısının sözlərinə görə, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadrat kilometr ərazilərdə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.
O ümid edir ki, Avropa Şurası bu məsələlərin həllinə kömək edəcək, Cənubi Qafqazda sabitlik və demokratiyanı stimullaşdıracaq.