DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyanın oğlunun qaçırılmasında şübhəli bilinən hərbçilərin valideynləri saxlanılıb

Ermənistan polisi Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edildiyini təsdiqləyib.
Sputnik
BAKI, 17 may — Sputnik. Ermənistan İstintaq Komitəsi ölən hərbçinin anasını baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı saxlayıb.
APA xəbər verir ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə təsadüfən rastlaşıb.
Həmin şəxslər Aşotu maşına əyləşməyə dəvət edib.
“Aşot Paşinyan onun davranışını qeyri-adekvat hesab edərək maşını saxlamağı tələb edib. Amma qadın itirəcəy heç bir şeyin olmadığını bildirərək onu öldürüb Yerablur qəbristanlığına aparacağını deyib”, - deyə qeyd olunub.
Baş nazirin oğlu gənc maşından düşə bilsə də, onu başqası vurub.
Oğurluq maddəsi ilə iş açılıb, qadın saxlanılıb. Hadisənin bütün motivlərinin müəyyən edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Aşot Paşinyanın xəsarət alması faktı üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.
***
Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.
Hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb.
"Oğulların harayı" adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindiriblər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaçıb, bu zaman isə "Oğulların harayı" təşkilatının arxadan gələn digər avtomobili onu vurub. Ayağından yaralanan Aşot Paşinyan faktla bağlı polisə müraciət edib. Təşkilat üzvləri qaçıb, onların axtarışı aparılır.
Hadisə onun yaşadığı evin qarşısında qeydə alınıb.
Ermənistan polisi Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edildiyini təsdiqləyib.
Faktla bağlı toplanan materiallar İstintaq Komitəsinə veriləcək.