DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva və Kiyev Afrika missiyasına razılıq verdi

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa çərşənbə axşamı bildirib ki, Rusiya və Ukrayna hakimiyyətləri münaqişənin sülh yolu ilə həllini tapmaq üçün Afrika ölkələrindən ibarət nümayəndə heyətini qəbul etməyə razılaşıblar.
Sputnik
BAKI, 17 may — Sputnik. Yaxın bir neçə həftə ərzində Ukrayna böhranının həlli yollarını müzakirə etmək üçün Afrika ölkələrinin liderlərinin Moskva və Kiyevə səfəri planlaşdırılır. Bu barədə Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Naledi Pandor bildirib.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa çərşənbə axşamı bildirib ki, Rusiya və Ukrayna hakimiyyətləri münaqişənin sülh yolu ilə həllini tapmaq üçün Afrika ölkələrindən ibarət nümayəndə heyətini qəbul etməyə razılaşıblar. Nümayəndə heyəti altı Afrika ölkəsini təmsil edir: Misir, Zambiya, Konqo Respublikası, Seneqal, Uqanda və Cənubi Afrika.
"Son iki həftə ərzində Ukraynadakı böhrana sülh yolu ilə son qoymaq üçün Afrika ölkələrinin missiyasını hazırlamaq üçün intensiv iş aparıldığını və yaxın həftələrdə Moskva və Kiyevə səfərin baş tutacağını bildirib", - o, yerli SAC radiostansiyasına müsahibəsində deyib.
Pandor qeyd edib ki, Moskva və Kiyevə getməyə hazır olan nümayəndə heyəti altı Afrika ölkəsinin prezidentindən ibarətdir. "Görünür, missiya yola düşməzdən əvvəl onun bütün ölkələrinin liderlərinin görüşü baş tutacaq. Ola bilsin ki, bu, Cənubi Afrikada baş verəcək", - nazir bildirib.
Öz növbəsində, Cənubi Afrika Prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqveniya çərşənbə günü bildirib ki, hazırda Afrika missiyasının Moskva və Kiyevə səfər cədvəli ilə bağlı Rusiya və Ukrayna ilə intensiv məsləhətləşmələr aparılır. "Səfərin qrafiki razılaşdırılır, artıq xeyli iş görülüb", - o vurğulayıb. Maqvenya bildirib ki, həftəsonu Ramaposa qrupa daxil olan bütün ölkələrin liderləri, eləcə də BMT-nin baş katibi ilə telefonla danışıb.