Azərbaycan-Ermənistan sərhədində vəziyyət

MN: Azərbaycan Ordusu Ermənistanın Zod istiqamətindəki mövqelərini atəşə tutmayıb

Gündüz saatlarından həmin ərazidə qatı duman var.
Sputnik
BAKI, 17 may - Sputnik. Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Qeyd edək ki, gündüz saatlarından həmin ərazidə qatı duman var. Bu cür məhdudgörmə şəraitində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür”, - MN-in məlumatında deyilir.