RUSİYA

Lavrov: Ukraynadakı münaqişə ABŞ-ın müttəfiqlərini tərk etməsi ilə bitə bilər

Rusiya xarici işlər naziri bildirib ki, politoloqlar münaqişənin Vaşinqtona ehtiyacı olduğu müddətdə davam edəcəyini proqnozlaşdırırlar.
Sputnik
BAKI, 17 may — Sputnik. Ukrayna böhranı ABŞ-ın müttəfiqlərini tərk etməsi ilə başa çata bilər. Daha əvvəl onlar bunu Misirin keçmiş Prezidenti Hüsnü Mübarək və Əfqanıstan rəhbərliyi ilə ediblər.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Ümid edirəm ki, müasir siyasətçilər tarixə və özünü bu sifətdə hər kəsə sırımaq istəyən hegemonla münasibətlərin necə inkişaf etdiyinə diqqət yetirirlər", - deyə nazir "Tsarqrad" telekanalına müsahibəsində bildirib.
Lavrovun sözlərinə görə, politoloqlar münaqişənin Vaşinqtona ehtiyacı olduğu müddətdə davam edəcəyini proqnozlaşdırırlar.
Bir müddət əvvəl amerikalı jurnalist Seymur Herş bildirib ki, Polşanın rəhbərliyi altında bəzi Aİ ölkələri gizli şəkildə Vladimir Zelenskini münaqişəni dayandırmağa çağırır. Onun sözlərinə görə, Ukrayna lideri artıq qonşu dövlətlər arasında dəstəyini itirir.