BAKI, 17 may — Sputnik. Moskva hələ də afrikalı tərəfdaşların Ukraynada sülh yolu ilə nizamlanması təkliflərini kağız üzərində görməyib.
"Zvezda" telekanalı yazır ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
"Bu, Cənubi Afrika Prezidentinin təşəbbüsüdür. Biz Latın Amerikası və Afrikalı dostların bizə müraciətinə cavab verdik ki, onların sülhün və asayişin sabitləşməsinə kömək etmək üçün səmimi istəklə diktə edilən istənilən təklifini nəzərdən keçirməyə hazırıq. Amma indiyədək biz kağız üzərində heç nə görməmişik", - deyə nazir vurğulayıb.
Bundan əvvəl Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa bildirmişdi ki, Zambiya, Seneqal, Konqo, Uqanda, Misir və Cənubi Afrikanın liderləri Rusiya və Ukrayna prezidentlərinə Ukrayna münaqişəsinin həllinə kömək edə biləcək təşəbbüslə təmin olunmasının zəruriliyini görürlər.
Həmçinin , Vladimir Putin və Vladimir Zelenskinin sülh təşəbbüsü ilə Afrika liderlərinin missiyasını qəbul etməyə razılaşdıqları da bildirilib.