BAKI, 17 may — Sputnik. Regional təhlükəsizliyə mövcud təhdidlər fonunda KTMT təşkilata üzv dövlətlərin müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bunu Minskdə MILEX-2023 beynəlxalq silah və hərbi texnika sərgisinin açılışında KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“Beynəlxalq və regional təhlükəsizliyə mövcud çağırışlar və təhdidlər kontekstində KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası təşkilata üzv dövlətlərin müdafiə sənayesinin davamlı inkişafına, KTMT-nin təchiz edilməsi üçün müasir silahların hazırlanmasına və istehsalına xüsusi diqqət yetirir”, - Tasmaqambetov bildirib.
Onun sözlərinə görə, KTMT ölkələrində silah sərgilərinin keçirilməsi bu problemin həllinə böyük töhfə verir.