BAKI, 17 may — Sputnik. Dünyadakı tendensiyalar, həmçinin Moskva və Minskin inteqrasiya təcrübəsi göstərir ki, çoxqütblüliyə keçid qaçılmazdır, dünya düzəni əvvəlki kimi olmayacaq. Bunu Belarusun xarici işlər naziri Sergey Aleynik Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dünyanın əksər ölkələri çoxqütblü olmağa çalışsa da, bəzi dövlətlər yalnız öz dominant mövqelərini saxlamaq istəyir, ona görə də Rusiya və Belarusu suverenlikdən məhrum etməyə çalışırlar.
"Bu gün dünyada müşahidə etdiyimiz tendensiyalar və öz inteqrasiya təcrübəmiz göstərir ki, bütün bu səylər nəticəsiz qalacaq. Qərbin özünün başlatdığı qlobal transformasiya və çoxqütblü dünyaya mütərəqqi keçid proseslərini dayandırmaq olmaz. Dünya artıq əvvəlki kimi olmayacaq", - dedi.