BAKI, 16 may — Sputnik. 2022-ci ildə Rusiyanın Mərkəzi Asiya regionunun iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 3,6 milyard dollardan çox olub.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Rusiyanın region iqtisadiyyatına yatırdığı birbaşa investisiyanın həcmi ötən il 3,6 milyard dollardan çox olub”, - deyə o, Valday Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransında onlayn çıxışı zamanı deyib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini əlavə edib ki, 2015-ci ildən indiyədək toplanmış investisiyaların həcmi 25 milyard dolları ötüb.