BAKI, 16 may — Sputnik. Düşmən dövlətlər Rusiyaya qarşı fəallıqlarını artırırlar. Xarici dövlət və ya təşkilatla məxfi əsasda əməkdaşlıq maddəsi ilə ittiham olunan ABŞ səfirliyinin keçmiş əməkdaşı Robert Şonovun həbsi bunun daha bir sübutdur.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.
"Bizim müvafiq xidmətlərimiz tərəfindən vəzifə borcu üzrə həyata keçirilən tədbirlər keçirilir. Aydın məsələdir ki, düşmən dövlətlərin müəyyən qəbuledilməz fəallığı bizə qarşı münasibətdə azalmır, əksinə getdikcə artır. Bu da buna sübutdur", - deyə nazir müavini qeyd edib.
Bu yaxınlarda bildirilib ki, Şonov Vladivostokda hüquq-mühafizə orqanları tərəfindən Rusiya FTX əməkdaşlarının dəstəyi ilə həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Dindirildikdən sonra ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi ilə ("Xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əsasda əməkdaşlıq") cinayət törətməkdə ittiham olunub.
Həbs olunan şəxs istintaq hərəkətlərinin aparılması üçün Moskvaya aparılaraq "Lefortovo" İstintaq Təcridxanasına yerləşdirilib. Şonova 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.