BAKI, 16 may — Sputnik. "Təhsil olan yerdə təhsildən yayınma hallarının olması gözləniləndir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əsas məsələ bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə çalışmasıdır.
E.Əmrullayev bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə uşaqların müdafiəsi idarəsi də yaradılıb:
"İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. Bu da şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacaq".
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 13 yaşlı qızın üçüncü sinifdən çıxaraq təhsildən yayındığı, 37 yaşlı kişi ilə nişanlandığı barədə görüntülər yayılıb.