AZƏRBAYCAN XƏBƏRLƏRİ

Naxçıvan Muxtar Respublikasında bəzi qanunlar ləğv olunub

Bu gün Ali Məclisdə keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında ləğv edilib.
Sputnik
BAKI, 16 may — Sputnik. Naxçıvan Muxtar Respublikasında bəzi qanunlar ləğv olunub. "Toxumçuluq haqqında" və "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanunlar bu gün Ali Məclisdə keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında ləğv edilib.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb. Bu, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının gündəliyində duran "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi məsələsində öz həllini tapıb.
Əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla, deputatların əmək haqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub.