AZƏRBAYCAN XƏBƏRLƏRİ

Naxçıvan Ali Məclisinə sədr müavini seçilib

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş Seymur Talıbov da iştirak edir.
Sputnik
BAKI, 16 may — Sputnik. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.
Qeyd edək ki, Anar ibrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.
***
Hazırda Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir. Sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib. Onuncu sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında" və "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş Seymur Talıbov da iştirak edir.
Qeyd edək ki, Anar ibrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.
Sessiya davam edir. İctimaiyyətə sessiyanın gedişi ilə bağlı ətraflı məlumat veriləcək.