BAKI, 16 may — Sputnik. Bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun təbrikini oxuyub.
Təbrikdə qeyd edilib ki, hazırda Heydər Əliyev kimi müdrik və peşəkar siyasətçilər çatışmır: "Heydər Əliyev hər zaman Rusiya-Azərbaycan münasibətlərinin inkişafına çalışıb. Azərbaycan və Rusiya münasibətləri hazırda da uğurla inkişaf edir. Azərbaycan və Rusiya münasibətləri regional səviyyədə də təqdirəlayiqdir".
Dövlət Dumasının sədr müavini Aleksey Gordeyev isə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin təbrikini çatdırıb. Vyaçeslav Volodin təbrik müraciətində Heydər Əliyevin böyük şəxsiyyət olduğunu, bu gün Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə iki ölkə münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib.
İclasda 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak ediblər.