BAKI, 16 may — Sputnik. Amerika xüsusi prokurorunun bir gün əvvəl dərc olunmuş hesabatı Moskvaya qarşı ABŞ işlərinə müdaxilə ittihamlarının absurdluğunu sübut edib.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"İstintaqda iştirak edənlər ölkəmizə qarşı ABŞ hökumətinin bütün qollarının ən müxtəlif səviyyələrində səslənən ittihamların absurdluğunu təsdiqləyiblər", - deyə Kreml sözçüsü bildirib.
O xatırladıb ki, Rusiya daha əvvəl də bununla bağlı öz ünvanına hər hansı ittihamı qətiyyətlə rədd edib.
Peskov əlavə edib ki, amerikalıların genişmiqyaslı araşdırmalara başlaması və sonra ittihamları rədd etməsi ilk dəfə deyil.
Bundan əvvəl ABŞ-ın xüsusi prokuroru Con Darem bildirmişdi ki, FTB 2016-cı il seçki kampaniyası zamanı Trampın Moskva ilə mümkün əlaqələri ilə bağlı tam araşdırma aparmağa ehtiyac olmayıb. Darem qeyd edib ki, FTB təsdiqlənməmiş məlumatlara arxalanıb, çünki Amerika kəşfiyyatının faktiki sübutu yox idi.
Donald Tramp ABŞ xüsusi prokurorunun açıqlamasını şərh edərkən amerikalıların o zaman da hazırda aldadıqları kimi aldadıldığını vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.