MƏDƏNİYYƏT

Elxan Qasımov süni nəfəs aparatından ayrılıb

Elxan Qasımovun vəziyyəti barədə məlumat verən kinorejissor Tahir Tahiroviç bildirir ki, aktyorun vəziyyəti stabildir, amma xəstəxanadan nə zaman çıxacağı bəlli deyil.
Sputnik
BAKI, 16 may — Sputnik. Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov hazırda reanimasiyadadır, süni nəfəs aparatından ayrılıb.
Bu barədə Sputnik Azərbaycan-a aktyorun qohumu, kinorejissor Tahir Tahiroviç məlumat verib.
Rejissorun sözlərinə görə, aktyorun səhhətində irəliləyiş var: "Süni nəfəs aparatından ayrılıbsa, demək ki, yaxşılığa doğru gedir. Artıq özünü hiss edir, vəziyyəti stabilləşib, amma təbii ki, müalicə uzun çəkən prosesdir. Xəstəxanadan nə vaxt çıxacağını deyə bilmərik. 6 saatlıq əməliyyat və yaşını da nəzərə alsaq, Elxan müəllimə ciddi həkim nəzarəti olmalıdır".
Xatırladaq ki, Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb.
Elxan Qasımov kimdir?
Elxan Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1973-1978). "Əhməd haradadır" filmindən "Şofer Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüş sənətkar "Qatır Məmməd", "Otel otağı", "O qızı tapın", "İstintaq", "Bizim küçənin oğlanları" kimi 40-dan artıq filmdə rol alıb.