Sevindirici haldır ki, Cənubi Qafqazda sabitliyə və sülhə nail olmaq üçün Brüssel platforması canlanmağa başlayıb. Bunu politoloq Sahil İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
"Liderlərin Brüsseldə tez-tez görüşlərini müşahidə etməyimizə və keyfiyyət dəyişikliklərinə ümid etməyimizə baxmayaraq, Fransa prezidentinin simasında müəyyən qüvvələrin destruktiv siyasəti sülh prosesinə mənfi təsir göstərir", - deyə analitik bildirib.
Politoloq əminliklə bildirib ki, ABŞ da Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Onun sözlərinə görə, onlar bütün gücləri ilə sülh prosesinə mane olurlar, çünki yolun Azərbaycanı Naxçıvanla birləşdirəcək o hissəsinə özləri nəzarət etmək istəyirlər.
"Yüksək səsli bəyanatların mənası yoxdur. Tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə ediblər və yaxın aylarda yeni görüşlə bağlı razılıq var", - deyə İsgəndərov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.