BAKI, 15 may - Sputnik. Səsvermədə 64 milyona yaxın vətəndaş iştirak edib, seçici fəallığı 85%-i ötüb. Ölkədə səsvermə üçün seçki qutularının 99%-dən alınan bülletenlərin işlənməsinin nəticələrinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 49%-dən çox səs, onun rəqibi Kemal Kılıçdaroğlu isə təxminən 45% səs toplayıb.
Türkiyədə seçkilər zamanı təhlükəsizlik tədbirləri gücləndirilib. Ölkədə asayişi 600 mindən çox qanun keşikçisi təmin edib.
Polisin işi sayəsində səsvermə günü böyük insident olmayıb. Eyni zamanda, media bəzi yerlərdə baş verən toqquşmalara da diqqət çəkib. Məsələn, cənub-şərqdə Şanlıurfa vilayətində iki klanın üzvləri arasında kütləvi dava olub.
Dava qarşılıqlı təhqirlərlə başlayaraq eyni zamanda onların daş və çubuqlardan istifadə etməsinə gətirib çıxarıb. Zərər əsasən dava edənlərin maşınlarına dəyib.
Mersində seçki məntəqələrinin birində fərqli prezidentə səs verənlərin iki tərəfdarı arasında münaqişə yaranıb və onlar tez bir zamanda ayrılıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.