RUSİYA

Rusiyada Veneradan torpağın çatdırılması missiyası üzərində iş aparılır

Missiyanın konsepsiyası tamamilə yeni axtarış-geri dönüş və eniş kosmik gəmilərinin ardıcıl buraxılmasını nəzərdə tutur.
Sputnik
BAKI, 15 may — Sputnik. Rusiya mütəxəssisləri artıq "Venera-V" missiyası üzərində işləyirlər. O, Veneradan torpaq və atmosfer nümunələrini çatdıra biləcək. Bu barədə "Roskosmos"un mətbuat xidmətindən "TASS"a bu barədə məlumat verilib.
"Roskosmos" Dövlət Korporasiyası və Rusiya Elmlər Akademiyasının mütəxəssisləri Veneranın torpaq, atmosfer və aerozol nümunələrinin ("Venera-V" missiyası) Yerə qaytarılmasının mümkünlüyü üzərində işləyirlər", - deyə mətbuat xidməti qeyd edib.
Dövlət korporasiyasında qeyd olunduğu kimi, missiyanın konsepsiyası tamamilə yeni axtarış-geri dönüş və eniş aparatlarının ardıcıl orbitə buraxılmasını nəzərdə tutur.
2020-ci il may ayının ortalarında Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun elmi direktoru Lev Zelyonı "TASS"a bildirib ki, Rusiya Federasiyasında Veneranın yeni kəşfiyyat proqramı, o cümlədən ən azı üç elmi aparatın göndərilməsi hazırlanacaq.
Alimin sözlərinə görə, proqram üzrə ilk ekspedisiya "Venera-D" olacaq. Onun işə salınması, hökumətin məlumatlarına görə, 2030-cu ildən sonrakı dövrə planlaşdırılır. Veneranın tədqiqi üçün əvvəlki kompleks proqram SSRİ-də həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.