RUSİYA

Rusiya İslam dünyası ilə əlaqələri gücləndirməkdə maraqlıdır - Putin

RF dövlət başçısı qeyd edib ki, Rusiya Federasiyası müsəlman dövlətləri ilə tərəfdaşlıq və bir-birinin suverenliyinə hörmət əsasında qurulan ənənəvi sıx münasibətlərə malikdir.
Sputnik
BAKI, 15 may — Sputnik. Rusiya İslam dünyası ilə əlaqələri gücləndirməkdə və orada yeni tərəfdaşlar tapmaqda, həmçinin müsəlman ölkələri ilə yeni nəqliyyat və logistika zəncirlərinin yaradılmasında maraqlıdır. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Bu gün İslam ölkələri fəal inkişaf edir, ticarət və maliyyə sektorunda, innovasiyalarda və elmi-tətbiqi tədqiqatlarda nəzərəçarpacaq nailiyyətlər əldə edirlər. Rusiya onlarla mümkün qədər geniş işgüzar və humanitar əməkdaşlığa açıqdır", - Putinin XIV "Rusiya - İslam dünyası: KazanForum" Beynəlxalq İqtisadi Forumu" sammitin iştirakçılarına təbrikində deyilir.

"Biz qurulmuş əlaqələri gücləndirməkdə və yeni tərəfdaşlar tapmaqda, kənd təsərrüfatı və sənaye əməkdaşlığının təşviqində, yeni nəqliyyat və logistika zəncirlərinin yaradılmasında maraqlıyıq. Qeyd edirəm ki, Rusiya müsəlmanları beynəlxalq əlaqələrin genişləndirilməsində mühüm rol oynayırlar. Bu forumun keçirilməsiilə də bu bir daha öz təsdiqini tapır", - deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Rusiya Federasiyası müsəlman dövlətləri ilə tərəfdaşlıq və bir-birinin suverenliyinə hörmət əsasında qurulan ənənəvi sıx münasibətlərə malikdir.

"Bizi beynəlxalq hüquqa əsaslanan daha ədalətli, çoxqütblü dünya nizamı qurmaq öhdəliyi birləşdirir", - Putin bildirib.

"Əminəm ki, Rusiya-İslam Dünyası Strateji Baxış Qrupunun və KazanForum Beynəlxalq İqtisadi Forumunun fəaliyyəti Rusiya və müsəlman ölkələrinin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə töhfə verməkdə davam edəcək və regionlararası və dövlətlərarası səviyyədə birgə layihələr üçün yeni imkanlar açacaq", - deyə prezident fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.