BAKI, 15 may - Sputnik. ABŞ-ın avtomobil nəhəngi General Motors (GM) sürücünün təhlükəsizlik yastığının nasazlığına görə bir milyona yaxın avtomobili geri çağırır. Bu barədə RİA Novosti ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.
Bildirilir ki, şirkət 2014-2017-ci illər arasında istehsal olunmuş Buick Enclave, Chevrolet Traverse və GMC Acadia modelləri də daxil olmaqla 994 763 ədəd avtomobilin geri çağırılması barədə qərar verib.
“Nöqsanlı avtomobillərin potensial sayı: 994 763... İstehsalat qüsuru üzündən sürücünün hava yastığı nasosu partlaya bilər”, - deyə NHTSA-nın izahatında bildirilir.
Buick Enclave avtomobili
© AFP 2024 / KAREN BLEIER
Qeyd olunur ki, GM şirkəti 30 ölkədə avtomobil və yük maşınları istehsal edir, 140 ölkədə satış və xidmət həyata keçirir. Şirkətin korporativ qərargahı Detroytda (Miçiqan) yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.