RUSİYA

"Drujba" ilə Almaniya və Polşaya neft nəqlinə qadağa yalnız tranzitə təsir edə bilər

Rusiya şirkətləri artıq Almaniya və Polşaya neft tədarük etmədiklərinə görə, hazırda boru kəmərlərinin tədarükünün rəsmi şəkildə qadağan edilməsi qərarı yalnız üçüncü ölkələrdən neftin potensial tranzitinə təsir edə bilər.
Sputnik
BAKI, 15 may — Sputnik. Avropa İttifaqının Rusiyadan "Drujba" vasitəsilə Almaniya və Polşaya neft tədarükünə rəsmi qadağa tətbiq etməsi Rusiya şirkətlərinə təsir etməyəcək, çünki onlar artıq bu ölkələrə xammal ixrac etmirlər. Belə tədbirlər yalnız üçüncü ölkələrin neftinin Rusiya Federasiyası vasitəsilə potensial tranzitinə təsir göstərə bilər.
Bunu "Yanacaq-enerji kompleksi" (YEK) sahələrinin iqtisadiyyatı" istiqaməti Strateji Araşdırmalar Mərkəzi rəhbərinin müavini Sergey Kolobanov "RİA Novosti"yə müshibəsində şərh edib.
Cümə günü səhər saatlarında "Bloomberg" agentliyi sərəncamında olan sənədlərə istinad edərək bildirib ki, Aİ rəsmi səviyyədə Rusiya Federasiyasından "Drujba" boru kəməri ilə Almaniya və Polşaya tədarükün dayandırılmasını təklif edib, istisnalar isə Macarıstan, Slovakiya və Çex Respublikası üçün qalacaq.

"Rusiya şirkətləri artıq Almaniya və Polşaya neft tədarük etmədiklərinə görə, hazırda boru kəmərlərinin tədarükünün rəsmi şəkildə qadağan edilməsi qərarı yalnız üçüncü ölkələrdən neftin potensial tranzitinə təsir edə bilər", - deyə ekspert şərh edib.

Kolobanov izah edib ki, hazırda Aİ-nin neft embarqosu Rusiyadan Aİ ölkələrinə boru kəməri ilə çatdırılan neftə şamil edilmir. Onun sözlərinə görə, bu, həm Rusiya həcmlərinə, həm də üçüncü ölkələrin, məsələn, Qazaxıstan kimi Rusiya Federasiyası ərazisindən tranzitlə nəql oluna bilən resurslara aiddir.
"Belə neft və ondan hazırlanan məhsullara münasibətdə yalnız ixracın sonrakı tədarükünə qadağa qoyulub. Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya limanlarından (Rusiya Federasiyası - red.) tranzit yolu ilə keçərək tədarük edən üçüncü ölkələrin dəniz neft tədarükü üçün də embarqodan ayrıca istisna edilib", - deyə o bildirib.
Ekspert xatırladıb ki, bununla yanaşı, Şvedtdəki neft emalı zavodunun (NEZ) taleyi hələ də sona qədər müəyyənləşməyib.

"Əgər hətta bu NEZ-in aktivləri "Rosneft"in nəzarətinə qayıdarsa, Rusiyadan Almaniyaya boru kəməri ilə neft tədarükünün qadağan edilməsi hasilatın rentabelliyini xeyli pisləşdirəcək, lakin hazırkı siyasi reallıqlarda buna ümid etmək lazım deyil", - deyə o, fikrini yekunlaşdırıb.

"Drujba" neft kəməri Almetyevskdən başlayır, Bryanskdan keçir və sonra iki hissəyə ayrılır: şimal (Belarus ərazisindən Polşa və Almaniya istiqamətində) və cənub (Ukrayna ərazisindən Macarıstan, Slovakiya, Çexiya istiqamətində). Rusiya neftinin "Drujba" vasitəsilə Polşaya nəqli fevralın sonunda dayandırılıb, Almaniya isə 2023-cü ilin əvvəlindən boru kəməri ilə Rusiya Federasiyasına xammal verməkdən imtina edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.