BAKI, 15 may - Sputnik. Avropa İttifaqı səfirinin beynəlxalq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi qəbuledilməzdir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Ittifaqının Ermənistandakı səfiri Andrea Viktorin tərəfindən səsləndirilmiş fikirlərə dair yerli medianın sualına cavabında deyilir.
"Bu məsələdə ölkəmizin mövqeyi hər kəsə məlumdur. Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi olan bu fikirləri qəbuledilməzdir", - deyə cavabda bildirilir.
Bildirilir ki, Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq.
Qeyd olunur ki, Azərbaycan tərəfinin erməni sakinlərlə qeyd edilən istiqamətdə dialoq səylərinə maneçilik törədilməməli, ərazi bütövlüyü və suverenlimizə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.