BAKI, 14 may - Sputnik. Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri başa çatıb.
APA-nın verdiyi xəbərə görə, yerli vaxtla 17:00-dan sonra bütün seçki məntəqələri seçicilər üçün bağlanıb və səslərin hesablanması prosesi başlayıb.
Qeyd edək ki, səsvermə nəticələri Ali Seçki Şurası (YSK) tərəfindən rəsmi olaraq hər saat başı açıqlanacaq, 23:59-a qədər isə müvəqqəti nəticələr bəlli olacaq.
Bundan əlavə, hər siyasi partiya da səsvermənin nəticəsinə dair açıqlamalar verəcək. 21:00-dan etibarən isə yayım qadağası tamamən aradan qaldırılacaq.
Xatırladaq ki, seçki çərçivəsində 60 milyon 697 min 845 seçicinin 191 min 910 seçki qutusunda səs verməsi nəzərdə tutulub.