RUSİYA

RF XİN: Rusiya Federasiyası BRİKS və ŞƏT ölkələrini Arktikada layihələrə cəlb edəcək

Rusiya hazırda Şərq ölkələri ilə mümkün enerji layihələrini müzakirə edir.
Sputnik
BAKI, 14 may — Sputnik. Hazırda Rusiyanın Arktikada ŞƏT və BRİKS ölkələri ilə əlaqələri fəal şəkildə inkişaf edir. Tərəflər ikitərəfli layihələr üzərində işləyirlər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov bildirib.
"TASS" xəbər verir ki, onun sözlərinə görə, layihələr elmi tədqiqatlar, ətraf mühitin mühafizəsi, logistika və dəniz əməkdaşlığına aiddir. Rusiya Şərq ölkələri ilə mümkün enerji layihələrini müzakirə edir.
Korçunov təəssüflə bildirib ki, Rusiyaya qarşı sanksiya təzyiqləri səbəbindən dialoqun təfərrüatlarını açıqlaya bilmir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri bildirmişdi ki, Rusiya Federasiyası Qərb ölkələrinin destruktiv siyasətinə görə Arktika Şurasından çıxa bilər. Şura Rusiyanın hüquqlarını pozarsa, ölkə onu tərk edə bilər.