NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC-in Baş katibi: “Qlobal enerji sisteminin dayanıqlılığı təhlükə altındadır”

O əlavə edib ki, hazırda bütün enerji növlərinə kifayət qədər investisiya qoyulmur.
Sputnik
BAKI, 14 may - Sputnik. “Qlobal enerji sisteminin dayanıqlılığı enerjinin bütün növlərinə sərmayənin olmaması səbəbindən təhlükə altındadır”.
“Report” xəbər verir ki, bunu OPEC-in Baş katibi Haysam Əl-Qays bildirib.
O əlavə edib ki, hazırda bütün enerji növlərinə kifayət qədər investisiya qoyulmur: “Növbəti onilliklərdə əhalinin artması və qlobal iqtisadiyyatın böyüməsi səbəbindən dünyanın daha çox enerjiyə ehtiyacı olacaq. Qlobal enerji tələbatının 2045-ci ilə qədər 23% artacağını gözləyirik”.