RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

“Global Times”: XHƏ çoxqütblüyə qlobal keçidi sürətləndirdi

Amerikalı politoloq Endryu Korıbko hesab edir ki, Sovet İttifaqının dağılmasından sonra yaranan birqütblülük dövrü tarixi anomaliyaya çevrilib.
Sputnik
BAKI, 14 may — Sputnik. Rusiya Ukraynada xüsusi əməliyyata başlamaq qərarı ilə çoxqütblüyə keçidi gücləndirə bildi.
Bu fikri amerikalı politoloq Endryu Korıbko “Global Times” üçün yazdığı məqalədə bildirib.
Mütəxəssis hesab edir ki, Sovet İttifaqının dağılmasından sonra yaranan birqütblülük dövrü tarixi anomaliyaya çevrilib. Buna səbəb isə “ABŞ-ın müstəsnalığı” deyil, hadisələrin nadir gedişatı olub.
“Keçən il Ukraynadakı xüsusi əməliyyat sayəsində “normal tarix istiqamətinə qayıtmaq” adlanan fürsəti sürətləndirmək imkanı yaranıb”, - deyə politoloq qeyd edib.
O əlavə edib ki, ABŞ-ın digər ölkələrə təsiri məhduddur. Ukraynadakı xüsusi əməliyyat da məhz bunu göstərdi. Endryu Korıbko, həmçinin, hesab edir ki, BRİKS-in birləşməsi ədalətli dünya nizamının formalaşmasına təsir edəcək.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin müasir siyasətdə çoxqütblülük meylinin artmaqda davam etdiyini bildirib. Rusiya liderinin sözlərinə görə, tendensiyaya riayət etmək istəməyənlər nəticədə uduzacaqlar.