HADİSƏ

Gəndob-Yalama yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 14 may - Sputnik. Gəndob-Yalama yolunda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə magistralın Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" və "VAZ 21014" markalı avtomobillər toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.