ELM

Kosmosda bu günədək olan ən böyük partlayış baş verib

Alimlər indiyədək baş verən ən böyük partlayışa bir "qara dəlik" tərəfindən parçalanan böyük qaz kütləsinin də səbəb ola biləcəyini ehtimal edirlər.
Sputnik
BAKI, 13 may— Sputnik. Kosmosda alimlər tərəfindən hələlik ki, səbəbi müəyyənləşdirilə bilməyən böyük partlayış baş verib.
Türkiyə mediasının yaydığı xəbərə görə, alimlər partlayışla bağlı digər detalları, yəni onun tam olaraq harada və niyə baş verdiyini də dəqiqləşdirə bilməyiblər.
Gözə görünən demək olar ki, hər şeydən daha parlaq olan bu püskürmənin təxminən üç ildən daha çox müddətdə davam etdiyi və 8 milyard il uzaqlıqda baş verdiyi ehtimal olunur.
Alimlər indiyədək baş verən ən böyük partlayışa bir "qara dəlik" tərəfindən parçalanan böyük qaz kütləsinin də səbəb ola biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, ötən il və bundan daha əvvəlki illərdə də kosmosda partlayış baş verib. Lakin onlar miqyasına görə baş verən son partlayışdan daha kiçik olublar.