BAKI, 13 may - Sputnik. Salyan şəhərində güclü külək beşmərtəbəli binanın dam örtüyünü uçurub. Hadisə Ağabəyli küçəsində qeydə alınıb.
Dam örtüyü yaxınlıqdakı yardımçı tikililərin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***
Salyanda güclü külək nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.
Rayonun bir sıra yaşayış məntəqəsində 10-na yaxın ağac aşıb, 2 avtomobil zədələnib.
Təbiət hadisəsi nəticəsində 10 min kilovoltluq elektrik xəttinin sıradan çıxması səbəbindən şəhərin bir hissəsi işıqsız qalıb.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Salyanda 15 dəqiqə ərzində əsən güclü külək bir sıra fəsadlar törədib. Baş verən təbii fəlakət zamanı 10-a qədər iri gövdəli ağac kökündən çıxıb. Elektrik xəttinin qırılması nəticəsində şəhərin bir qisminə elektrik enerjisinin verilməsi dayanıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.