Bazarın bütün seqmentlərində daşınmaz əmlakın qiymətləri Azərbaycan iqtisadiyyatının inkişafı dövründə artıb və satış dinamikası tələbatdan asılı olaraq dəyişib. Bunu "Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Beynəlxalq böhranın olduğu 2009-2010-cu illərdə, Azərbaycanda devalvasiya zamanı, eləcə də pandemiya dövründə daşınmaz əmlakın qiymətində artım olmayıb", - deyə Azadov qeyd edib.
Ekspertin sözlərinə görə, pandemiyadan sonra bir qədər azalan bütün investisiya axını bazara kəskin şəkildə daxil olub və bu da qiymətlərin artmasına səbəb olub.
"Tikinti normativləri sərtləşib, bazara daha çox investor və alıcı daxil olmağa başlayıb, tikinti materialları bahalaşıb - bu və digər amillər daşınmaz əmlakın növündən asılı olaraq qiymətlərin 18-25% artmasına təsir edib", - deyə Azadov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.