HƏRBİ

Türkiyə "Hürkuş" təyyarələri ilə bağlı Azərbaycanla müzakirələr aparır - İsmail Demir

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri bildirib ki, Türkiyə "Hürkuş"larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir.
Sputnik
BAKI, 12 may — Sputnik. "Türkiyə Azərbaycan və Pakistanla "Hürkuş" təlim-məşq təyyarələri ilə bağlı müzakirələr aparır". Bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir "TGRT Haber"ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə "Hürkuş"larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir:

"Əlbəttə, ölkədən daha çox, həmin dövlətlərin məsələyə münasibəti, səmimiliyi bizim üçün maraqlıdır".

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, "Hürkuş" təyyarələri dost və qardaş ölkələrə də ixrac ediləcək.
"Hürjet" Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildə Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb.
"Hürjet" 13,7 min metrə qədər yüksəklikdə uçacaq və 3000 kq-a qədər faydalı yük daşıyacaq.
Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salındı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.