DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə daxili işlər naziri ABŞ-ı prezident seçkilərinə müdaxilə cəhdində ittiham edib

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə planlaşdırılıb. Əgər namizədlərdən heç biri 50% səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
Sputnik
BAKI, 12 may — Sputnik. ABŞ Türkiyədəki seçkilərə müdaxilə edir. Bunu artıq bu ölkədə hamı bilir, bunu həmçinin ABŞ prezidentinin özü də deyir.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu "CNN Türk" televiziya kanalına müsahibəsində deyib.
Soylu Qərbə qarşı sərt açıqlamaları ilə tanınır. Bu yaxınlarda o, ABŞ-ı Türkiyə sərhədləri yaxınlığında terror dövləti yaratmaq cəhdində ittiham edib. Ötən il İstanbulda törədilən terror aktından sonra Soylu Ankaranın Vaşinqtonun başsağlığını qəbul etmədiyini bildirib.
Gənclərlə görüşü zamanı o, ABŞ-ın "nüfuzunu itirməkdə davam etdiyini", bütün dünyanın "Amerikaya nifrət etdiyini", Avropanın isə ABŞ-ın "piyadası" olduğunu bildirib. Çərşənbə günü daxili işlər naziri həmçinin Vaşinqtonu Türkiyədə prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib.

"ABŞ bu seçkilərə müdaxilə edir. Bunu artıq bu ölkədə hamı bilir, bunu həmçinin ABŞ prezidentinin özü də deyir. Məhərrəm İncəyə qarşı təxribatın haradan gəldiyi bəllidir. Bu, ABŞ-dır. Son günlər Bayden Türkiyədəki adamlarını aktivləşdirib", - deyə Soylu qeyd edib.

"Məmləkət" partiyasının lideri Məhərrəm İncə seçkiyə üç gün qalmış namizədliyini geri götürdüyünü açıqlasa da, indi prezidentlik uğrunda üç siyasətçi mübarizə aparacaq: hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, 7 müxalifət partiyasının namizədi Kamal Kılıçdaroğlu və "ATA İttifaqı"nın namizədi Sinan Oğan.
Soylunun sözlərinə görə, ABŞ bu seçkilərə əvvəldən müdaxilə edir və "Bayden bunu 2016-cı il çevrilişi ilə edə bilmədiyini söyləyib, bu dəfə bunu çevrilişlə deyil, seçkilərlə edəcəyini vurğulayıb".
Türkiyə daxili işlər naziri hesab edir ki, Vaşinqton "Tayyib Ərdoğanın prezident seçilməsini istəmir, onun yerində Kamal Kılıçdaroğlunu görmək istəyir".
"Bəzi strategiyalarımızı bəyənməyənlər tərəflərini dəyişirlər. FETÖ (Ankaranın 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdində təqsirli bildiyi ABŞ-da yaşayan Fətullah Gülənin təşkilatı) hələ də fəaliyyətdədir. Prezident seçkilərinə gedən yolda namizədə qarşı əməliyyat aparılır", - deyə Soylu bildirib.
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə planlaşdırılıb. Əgər namizədlərdən heç biri 50% səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.