SƏHİYYƏ

TƏBİB hansı ixtisaslar üzrə həkim çatışmazlığı olduğunu açıqladı

Qeyd edilib ki, yalnız bəzi xəstəxanalarda reanimatoloq, anestezioloq və travmatoloq ixtisasları üzrə bir neçə vakant yer mövcuddur.
Sputnik
BAKI, 12 may — Sputnik. Hazırda Bakı şəhəri üzrə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ciddi həkim çatışmazlığı yoxdur. Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, yalnız bəzi xəstəxanalarda reanimatoloq, anestezioloq və travmatoloq ixtisasları üzrə bir neçə vakant yer mövcuddur:

"Respublikanın bir çox bölgələrində isə travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığı müşahidə olunur".

"Vaxtaşırı vakant yerlər üzrə həkimlərin işə qəbulu həyata keçirilir. Kadr çatışmazlığı qeydə alınan ixtisaslar üzrə həkimləri əməkdaşlığa dəvət edirik", - deyə cavabda qeyd edilib.
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.