Bakıdakı Rus Evində "Sputnik Azərbaycan"ın "Heydər Əliyev: ölkəyə və dünyaya açıq ürəklə” adlı foto sərgisi açılıb.
Ekspozisiya “Heydər Əliyev ili”nə həsr olunub. Sərgidə informasiya agentliyinin əməkdaşlarının müxtəlif illərdə çəkdirdiyi fotoları təqdim edir.
Arxiv kadrlarında ulu öndər Heydər Əliyevin həyatının müxtəlif dövrləri, xidməti fəaliyyəti, sovet dövründə və müstəqillik illərində gördüyü işlər, keçirdiyi görüşlər, Azərbaycanın rayonlarına və xarici ölkələrə səfərləri öz əksini tapıb.
Həmçinin tədbirin qonaqlarına "Tavolqa” Elm və Mədəniyyətin İnkişafı Fondu tərəfindən təşkil olunmuş “Heydər Əliyevin anadan olmasının 100 illiyinə və onun Baykal-Amur magistral xəttinin tikintisində rolu” adlı fotosərgi də təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.