BAKI, 12 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
"Mən bu gün təklif edirəm ki, bugünkü şəraitdə bizim üçün xüsusi maraq kəsb edən bəzi beynəlxalq təşkilatlarda fəaliyyətimizi müzakirə edək", - Putin iclası açaraq deyib.
Daha sonra o, məruzə üçün Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova söz verib.
Tədbir videokonfrans vasitəsilə keçirilib. Rusiyanın Baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iclasda iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.