AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ordumuzun mövqeləri artilleriyadan atəşə tutulur - Yenilənib

Bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.
Sputnik
BAKI, 12 may - Sputnik. Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.
Bölmələrimiz itki verməyib.
Xatırladaq ki, Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur", - deyə məlumatda bildirilir.
Elə bu gün saat 11:30-da da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.