RUSİYA

KİV: Rusiyaya qarşı sanksiyalar dünyada dollardan imtinanı sürətləndirib

2001-ci ildən 2022-ci ilə qədər dollarla saxlanılan dünya valyuta ehtiyatlarının payı 71%-dən 55%-ə qədər azalıb. Son bir ildə isə bu rəqəm daha 8% aşağı düşüb.
Sputnik
BAKI, 12 may — Sputnik. Rusiyaya qarşı yönəlmiş sanksiyalar, nəticədə, yalnız Ukrayna iqtisadiyyatını məhv etdi və dolların dünyadakı mövqeyini dəyişib. Bu fikri "Fox News" telekanalının keçmiş aparıcısı Kleyton Morris "Red Pilled TV" YouTube kanalında yayımlanan videoda bildirib.
Morris Rusiya və Ukraynada ÜDM-in artım qrafikinə istinad edib ki, bu da Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqindən sonra Ukraynanın makroiqtisadi göstəricilərinin xeyli pisləşdiyini göstərir. Eyni zamanda, Rusiyanın ÜDM göstəriciləri xüsusi əməliyyat başlamazdan əvvəlki dəyərlərə qayıdıb.
Qeyd edək ki, 2001-ci ildən 2022-ci ilə qədər dollarla saxlanılan dünya valyuta ehtiyatlarının payı 71%-dən 55%-ə qədər azalıb. Son bir ildə isə bu rəqəm daha 8% aşağı düşüb.
Bundan əvvəl iqtisad elmləri namizədi Mixail Belyaev Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin Rusiya iqtisadiyyatına kritik təsir göstərə bilməyəcəyi barədə fikir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.